Düşmənin iki pilotsuz aparatı məhv edildi- - Rəsmi

dusmenin-iki-pilotsuz-aparati-mehv-edildi-
Oxunma sayı: 5654


“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.