“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib. O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.
V.Əliyev bildirib ki, 1971-ci ildə Heydər Əliyev bu məktəbi yaradanda ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilmirdi: "Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq. Amma ulu öndər Heydər Əliyev bilirdi".