Dustaq tapança gizlətdiyini etiraf etdi

dustaq-tapanca-gizletdiyini-etiraf-etdi
Oxunma sayı: 2242

Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsin etirafı nəticəsində onun azadlıqda olarkən gizlətdiyi silah tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Penitensiar Xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah daşıma) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hüseynov Natiq Rafiq oğlu həbs edilməmişdən əvvəl Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında gizlətdiyi 1 ədəd “Deutsche Werk Erfort” markalı tapança və ona məxsus 1 ədəd sandıqçanı könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində ölkənin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. 2019-cu ildə Penitensiar Xidmət və digər hüquq-mühafizə orqanları birgə 15 oxşar əməliyyat keçirib və məhbusların gizlətdiyi silahlar aşkar olunaraq istintaqa təhvil verilib.