Dustaqları sərinlədəcəklər

dustaqlari-serinledecekler
Oxunma sayı: 640

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend-ə bildirib ki, havaların isti keçməsi ilə əlaqədar həm məhkumların, həm Mühafizə Alayının əsgərlərinin, həm də konvoy taborunun əməkdaşlarının gün altında saxlanılmaması barədə tapşırıq verilib.

İsti havalarda özünü qorumaq üçün məhkumlarla profilaktik tədbirlər aparılır. Şöbə rəisi bildirib ki, sovet dövründə inşa olunmuş cəzaçəkmə müəssisələri müasir soyuducu sistemlə təmin olunmadığından həmin müəssisələrdə kameralar və məhkum yataqxanaları sərinkeşlərlə təmin olunub.

Onun sözlərinə görə, yeni istifadəyə verilmiş və müasir standartlara uyğun işa edilmiş müəssisələrdə isə belə problem yoxdur. Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə də xüsusi rejim elan edilib.