“Bunu sözlə izah edə bilmirəm. Sadəcə möhtəşəmdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Cənubi koreyalı kulinariya eksperti Jun Gon Park Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalı haqda danışarkən deyib.
O qeyd edib ki, festivala təkcə azərbaycanlılar deyil, bütün dünyadan gələnlər sevinir: “Biz düşünürdük ki, bütün Qafqaz yeməkləri eynidir, amma sizin unikal dadlarınız və çox dadlı mətbəxiniz var. Qutabın dadına baxdıq. Çox dadlıdır”.
Son xəbərlər
Son Xəbərlər