“Düşünürdüm ki, Azərbaycanda qadınlar üzlərini bağlayır” - “Qarabağ”ın futbolçusu

dusunurdum-ki-azerbaycanda-qadinlar-uzlerini-baglayir
Oxunma sayı: 1571

“Azərbaycan müsəlman ölkəsidir. Amma bunu küçələrdə hiss etmirsiniz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak deyib. 

O, ölkəsinin mətbuatına verdiyi müsahibədə Azərbaycana gəlməzdən öncə bu ölkədə qadınların üzlərini bağladığını düşündüyünü deyib: “Əvvəl düşünürdük ki, Azərbaycanda qadınlar üzlərini bağlayırlar. Ancaq gördüm ki, Bakıda və ölkədə radikallar yoxdur. Gündəlik yaşayış tərzi bizimki kimi normaldır”.