“Düşünürdüm ki, Messini mənə bənzədirlər” - Davudoğlu

dusunurdum-ki-messini-mene-benzedirler
Oxunma sayı: 1218

“Beşiktaş” klubunun yeni stadionu “Vodafone Arena”nın açılışında iştirak edən Türkiyə baş naziri Əhməd Davudoğlu “Habertürk” kanalında qatıldığı “Şimdi və Burada” verilişində sualları cavanlandırıb.

“Qafqazinfo” xəbər verir ki, nazirə verilən maraqlı sual isə prezident Rəcəb Tayyip Ərdoğanın stadionda ona verdiyi ötürmədən sonra topu mükəmməl şəkildə saxlaması ilə bağlı olub.

Sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevrilən bu suala Davudoğlu özü də maraqlı cavab verib: “Heç o videonu təkrar izləməmişəm. Doğrudan, bu qədər maraqlı alınıb? ”.

Aparıcının “buna görə, hətta sizi Messiyə bənzədirlər” deməsini nazir “mən də düşünürdüm ki, Messini mənə bənzədirlər”,- deyə cavablandırıb.