Duterteni tənqid edən jurnalist həbs olundu

duterteni-tenqid-eden-jurnalist-hebs-olundu
Oxunma sayı: 999

Filippinli jurnalist Mariya Ressa prezident Rodriqe Duterteni dəfələrlə tənqid etdiyinə görə həbs olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Maniladakı ofisində tutulub. Onu “kiber-böhtan”da ittiham ediblər. Ressanın “Rappler” saytı isə vergi yayınması ittihamı ilə bağlanmaq təhlükəsi ilə də üz-üzə qalıb.

2018-ci ildə “Time” jurnalı tərəfindən “İlin adamı” elan olunan Mariya ofisini Milli Tədqiqatlar Bürosunun agentlərinin müşayiəti ilə tərk edib.