Düz bağırsağında heroin keçirdi

duz-bagirsaginda-heroin-kecirdi
Oxunma sayı: 895


Dövlət Gömrük Komitəsindən (DGK) “Qafqazinfo”ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 8,254 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.