Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, onların hər ikisi Azərbaycan vətəndaşı olub. Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində Hüseynov Elnur Əlirza oğlunun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Elnur Hüseynovun daxili orqanı- düz bağırsağından üç ədəd bükümdə, ümumi xalis çəkisi 9.515 qram həşiş qətranı aşkar olunaraq götürülüb.
Mirzəyev Şahmar Calaləddin oğlu üzərində aparılan şəxsi yoxlama zamanı isə onun ayaqqabısının hər iki tayının içərisində, polietilen paketlərdə 98 ədəd, əyninə geyindiyi şalvarın bel hissəsində kəsilib doğranmış vəziyyətdə 149 həb olmaqla, cəmi 247 ədəd təsiredici maddəsinin xalis çəkisi 9.88 qram metadon və ayaqqabının sol tayının daban hissəsində bir ədəd polietilen bükümdə xalis çəkisi 12.06 qram tiryək aşkar olunub. Faktlarla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər