Düz getdiyi yolda “Ford” çırpıldı, öldü... - Video

duz-getdiyi-yolda-ford-cirpildi-oldu
Oxunma sayı: 4458

Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə Kazımov Ramin Xaqani oğlunun sürdüyü "Ford Transit" markalı yük avtomobilinin idarəetmədən qəfil çıxaraq əks zolağa keçdiyi əks olunub.

Bu zaman həmin avtomobil Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi "Ford Tourneo" markalı kiçiktutumlu yük avtomobilinə çırpılıb. Nəticədə A.Rəhmənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisənin görüntülərini təqdim edirik.