“Düzgün gedişi görmürdüm”

duzgun-gedisi-gormurdum-
Oxunma sayı: 1095


“Qafqazinfo”nun məlumatına görə, Giri partiyadan sonra bunları deyib: “Üstünlük qazandım. Rauf səhvə yol verməməyə çalışırdı. Sonradan üstünlüyüm rəqibə keçdi. Heç-heçə pis nəticə deyil. Düzünü deyim ki, qələbə qazanmaq istəyirdim. Sadəcə alınmadı. Rəqib dözümlü şahmatçıdır”.

Rauf Məmmədov isə partiyanın sonuna yaxın üstünlük qazandığını lakin yorulduğunu bildirib: 

“Bu gün oyun ağır alındı. Sona yaxın üstünlük var idi, amma artıq yorulmuşdum. Heç-heçə olduğunu görürdüm. Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı. Amma belə oyunlarda dönüş etmək asan olmur. Çox yorulmuşdum, ona görə düzgün gedişi görmürdüm”.