“DXR” məhkəməsi Ukraynada döyüşən üç əcnəbiyə ölüm hökmü çıxardı - Video

dxr-mehkemesi-ukraynada-doyusen-uc-ecnebiye-olum-hokmu-cixardi
Oxunma sayı: 3796

Qondarma “Donetsk Xalq Respublikası” məhkəməsi Ukrayna tərəfində vuruşan əcnəbi könüllülərə ölüm hökmü çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onların fotolarını dərc edən Rusiya mətbuatı məlumat yayıb.

Mərakeş vətəndaşı və iki britaniyalı könüllü “muzdluluq və digər cinayətlər”də təqsirli bilinib.

Əcnəbilər Şon Pinner, Aiden Aslin və Saadun Brahim edam cəzasına məhkum edilib.

Rusiya mətbuatının məlumatına görə, britaniyalı Pinner və Aslin aprelin ortalarında Mariupolda, mərakeşli Saadun isə martın 12-də Volnovaxada ələ keçirilib.