DYP-dən bu avtomobillərlə bağlı - Yenilik+Video

dyp-den-bu-avtomobillerle-bagli
Oxunma sayı: 1246

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağda yerləşən Texniki Müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.

İdarədən “Qafqazinfo”ya bildirilib ki, gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədər olduğundan saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.

Belə ki, paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri, eləcə də iş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri axşam saatlarında avtomobilini texniki baxışdan keçirmə imkanına malikdirlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər.