Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya bildirib ki, hüquqi şəxslərin, eləcə də dövlət qurumlarının istifadəsində olan avtomobillərin hər hansı fiziki şəxsin idarəetməsinə verilməsi, yəni həmin sürücü barədə lazımi məlumatlar və ya həmin məlumatlara edilən dəyişikliklər olduğu halda (şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefonu, olduğu halda elektron ünvanı, sürücülük vəsiqəsinin nömrəsi) 3 gün ərzində aidiyyəti üzrə DYP-nin mərkəzi informasiya bazasına ötürülməsi tələb olunur:
“Vaxtında məlumat təqdim etməyən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud da dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin iştirakı ilə inzibati xətanın törədilməsi zamanı onu idarə etmiş şəxsin barəsində DYP-nin sorğusu daxil olmuşdursa, həmin vaxtdan 5 gün müddətində qeyd etdiyimiz kimi, hüquqi şəxs və ya dövlət orqanı sürücü barəsində məlumat vermədikdə vəzifəli şəxslər üçün 150, hüquqi şəxs üçün isə 300 manat məbləğində cərimə nəzərdə tutulub. Bir daha bu kateqoriyaya aid olan şəxslərə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyi xahiş edirik!".
Son xəbərlər
Son Xəbərlər