“Qafqazinfo”nun xəbərinə görə, bu barədə avtosfer.az saytına Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, son vaxtlar bəzi sürücülər qayda pozduğu halda yol polisini şantaj etmək məqsədilə videoçəkilişlər edərək sosial şəbəkələrdə yayırlar. Kamran Əliyev əlavə edib ki, həmin görüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar davam edir: “Həmin şəxs də öz hərəkətlərinə görə məsuliyyətdən kənarda qalmayacaq. Hazırda araşdırma davam edir. Aydınlışdırırıq görək hadisənin birinci mərhələsi harada və necə baş verib, sürücü harada tabeçilik göstərməyib və nəyə görə saxlanılıb”.
Qeyd edək ki, videoda sürücü yol polisindən protokolu düzgün tərtib etməyi tələb edir. Sürücü həmçinin yol polisinə “səni “youtube”a verəcəm, “zvezda” olacaqsan” deyir.
Son xəbərlər
Son Xəbərlər