DYP saxta sürücülük vəsiqəsi göstərən şəxsi saxladı

dyp-saxta-suruculuk-vesiqesi-gosteren-sexsi-saxladi
Oxunma sayı: 1978

Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən xarici ölkə vətəndaşı saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DYP-nin Bakı-Quba yolundakı Zarat postunda saxlanılan “Mazda” markalı avtomobilin sürücüsü, Türkiyə vətəndaşı Eren Ferdi Hasanın sürücülük vəsiqəsi şübhə doğurub.

Aparılan araşdırmalarla vəsiqənin saxta olması müəyyən edilib.

İzahat verən Eren Ferdi vəsiqəni Türkiyədə düzəltdirdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza