Dzüba “mələk” olacaq

dzuba-melek-olacaq
Oxunma sayı: 1634

Sankt-Peterburqun “Zenit” futbol klubunun hücumçusu Artyom Dzüba ilk dəfə filmdə rol alacaq. “Qafqazonfo”nun “RİA FAN”a istinadən məlumatına görə, məşhur idmançı “Mən Dzüba deyiləm” adlı filmdə mələk obrazını canlandıracaq.

Ekran işinin rejissoru Leonid Plyaskindir. Onun sözlərinə görə, filmdə hadisələr böyük futbola başlamaq istəyən artıq çəkili yaraşıqlı oğlanın ətrafında cərəyan edəcək. Oğlana arzusuna çatmaqda isə mələk - Dzüba kömək edəcək. Mələk oğlana söz verəcək ki, o, bir kiloqram arıqlamadan belə hamıdan yaxşı futbol oynacaq. Rejissor əmindir ki, filmin əsas mövzusu əbədidir, çünki bütün yeniyetmələr özlərini yetərincə yaraşıqlı hesab etmir. Filmin yaradıcıları ekran işini gülməli etməyi planlaşdırır.

Qeyd edək ki, 31 yaşlı Artyom Dzüba Rusiyanın Əməkdar idman ustası, “Zenit”in futbolçusudur. O, 2016-cı ildə Avropa çempionatında və 2018-ci ildə dünya çempionatında iştirak edib.