Dzyuba Rusiya millisində oynamaqdan imtina etdi

dzyuba-rusiya-millisinde-oynamaqdan-imtina-etdi
Oxunma sayı: 2104

“Zenit”in hücumçusu Artyom Dzyuba Rusiya millisinin oktyabrda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi matçlarda oynamaqdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə yerli mətbuata açıqlamasında məlumat verib.

Təcrübəli forvard optimal formasından uzaq olduğu üçün belə qərar qəbul etdiyini bildirib. Halbuki, yığmanın baş məşqçisi Valeri Karpin qarşıdakı oyunlar üçün açıqladığı ilkin heyətdə Dzyubaya da yer vermişdi.

Seçmə mərhələdə H qrupunda mübarizə aparan Rusiya millisi oktyabrın 8-də Slovakiyanı qəbul edəcək, 3 gün sonra isə Sloveniyanın qonağı olacaq. Sözügedən komanda bu qrupda Xorvatiya ilə birgə 6 oyuna topladığı 13 xalla zirvəni bölüşür.