“Ə, biz nə millətik, necə insanlarıq?” - - "İnanımmı"nın müəllifi

e-biz-ne-milletik-nece-insanlariq-
Oxunma sayı: 5296


Həmişə həmkarlarını tənqid edən müğənni Əli Mirəliyev isə bir az da qabağa gedərək, “İnanımmı” mahnısının musiqisinin elə türkmənlərə məxsus olduğunu iddia edib.

Bu olayla bağlı hətta telekanallarda da müzakirələr açılıb.

Modern.az-ın xəbərinə görə, “İnanımmı” mahnısı ətrafında açılan müzakirələr və səslənən tənqidlər mahnının sözlərinin müəllifi, şair-jurnalist Telli Pənahqızının qəzəbinə səbəb olub. Məsələylə bağlı açıqlamasında Telli xanım bildirib:

”Mənə bir məsələ qaranlıq qalıb. Haqqı çatan-çatmayan, poeziyanı, musiqini bilən-bilməyən az qala hər kəs Türkmənistan prezidentinin bir il əvvəl (2013-cü ilin yeni il şənliyində) oxuduğu mahnını qoyub ortalığa fikir söyləyir, onun ilk ifaçısı olmuş Rəqsanəyə nifrətini (?) bilmir necə dilə gətirsin. Ə, biz nə millətik, necə insanlarıq? O mahnının sözlərini mən yazmışam, musiqisini də Hikmət Aslanov! Sözə, musiqiyə, ifaya iradınız varsa, buyurun. Yoxsa, bu nə paxıllıq, bu nə gözgöturməzlik, bu nə rəzalətdir, canım! Ayıbdır, ən azı, ayıbdır, vallah, ayıb...”

Telli Pənahqızı Azərbaycan mahnısının türkmən prezident tərəfindən ifa olunmasını belə qiymətləndirib:

”Bu faktın özü təqdirəlayiqdir ki, bizim mahnımız Xəzərin o tayında bir ölkə başçısının ifa etdiyi mahnılar sırasındadır”.