Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi olub.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, təqdimat mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, muxtar respublikada ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” sənədli filminin nümayişi olacaq.

Ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, “Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
Qeyd olunub ki, yaradıcı heyət filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.
Sonra filmə baxış olub.
Son xəbərlər
Son Xəbərlər