“Əbədi prezident olacağam” - Lukaşenko

ebedi-prezident-olacagam
Oxunma sayı: 2528

“Qərb 2020-ci ildə olduğu kimi bizə hücum etsə, mən əbədi prezident olacağam”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, kollektiv Qərb Belarusa qarşı hücumları və dövlət çevrilişinə cəhdləri dayandırmasa, əbədi prezident olacaq.

Qeyd edək ki, 2020-ci ilin yayında Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenko 6-cı dəfə qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko bu zaman səslərin 80,1%-ni qazanıb. Bunun ardınca, ölkədə müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Aksiyaların qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi vasitələrdən və xüsusi texnikadan istifadə olunub.