Eboladan uzun zaman sonra ilk ölüm qeydə alındı

eboladan-uzun-zaman-sonra-ilk-olum-qeyde-alindi
Oxunma sayı: 1662

Konqo Demokratik Respublikasında 2018-ci ilin avqustunda başlayan ebola epidemiyasının bitməsinin elan edilməsinə 2 gün qalmış 2 nəfər xəstəlikdən həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumatda qeyd olunub ki,  sonuncu ebola xəstəsinin sağalmasından 40 gün sonra ölkənin Şimali Kivu əyalətində 26 yaşlı gənc və 11 yaşlı uşaq bu xəstəlik səbəbindən həyatını itirib.

Bu yaxınlarda epidemiyanın dayandırıldığına dair elan verməyə hazırlaşan KDR və ÜST bölgədə Ebola ilə mübarizə tədbirlərinin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, Konqoda bu günə qədər ebola epidemiyasına 3310 yoluxma aşkarlanıb, 2275 nəfər vəfat edib.