Ebolaya qarşı vaksinin sınaqları başladı

ebolaya-qarsi-vaksinin-sinaqlari-basladi
Oxunma sayı: 814


“Qafqazinfo” xəbər verir ki, musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, sınaqların ilk fazası Oksford Universitetində keçirilir. Testlərdə fiziki cəhətdən sağlam olan 72 könüllü iştirak edir.   

Qeyd edək ki, az öncə digər əczaçılıq şirkətləri bir-birindən asılı olmadan iki başqa vaksin variantı işləyib hazırlayıb.        

“Johnson & Johnson” təmsilçiləri bəyan ediblər ki, onlar lazım olarsa, ilyarım ərzində 5 milyon doza vaksin istehsal edə bilərlər. 

Bu günədək dünya üzrə Eboladan ölənlərin sayı 8 mini keçib.