“O Səs Türkiyə”nin final gecəsində Gökhan Özoğuz Ebru Gündeşi çətin vəziyyətə salıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Rza Zərrab rüşvət əməliyyatında həbs olunduğu üçün yeni il proqramını, bütün konsertlərini ləğv edən və “O Səs Türkiyə”də də mahnı ifa etməyən Ebru Gündeşə Gökhan Özoğuzun mahnı oxumağı təklif etməsi müğənnini çətin vəziyyətə salıb. Tamaşaçılardan gələn bütün istəklərə baxmayaraq Gündeşin qaşlarını qaldırıb Acun Ilıcalıya "xeyr"işarəsi etməsi efirdə yayımlanıb. Gündeşin köməyinə Hadisə gəlib. Müğənni Gökhana "Bu gecə sənin gecəndir, sən söylə” deyərək xəbərdarlıq edib.
Qeyd edək ki, yarışmanın qalibi Hasan Doğru olub.
Son xəbərlər
Son Xəbərlər