Ebru Gündeş “O səs Türkiyə”yə qayıdır

ebru-gundes-o-ses-turkiyeye-qayidir
Oxunma sayı: 2122

Məşhur müğənni Ebru Gündeş yenidən “O səs Türkiyə”nin münsifi olacaq.

“Qafqazinfo” xəbər verir ki, sənətçi yarışmada Seda Sayanın kürsüsündə əyləşəcək.

Qeyd edək ki, Gündeş sözügedən müsabiqədə 2013-2015-ci illərdə jüri olub və 4-cü sezonda (2014-cü il) komandasının üzvü Elnur Hüseynovun birinciliyi ilə çempion olmuşdu.