Ebru Gündeş Rza Zərrabdan boşanır

ebru-gundes-rza-zerrabdan-bosanir
Oxunma sayı: 3585

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 11 ildir evli olduğu həbsdə olan iş adamı Rza Zərrabdan boşanır.

“Qafqazinfo” xəbər verir ki, sənətçi Bodrum Ailə Məhkəməsinə müraciət edərək həyat yoldaşı tərəfindən xəyanətə məruz qaldığını bildirib.

“Həyatında başqa qadınlar var”,- deyə sənətçi ərizəsində yazıb.

Qeyd edək ki, E.Gündeş iş adamı ilə 2010-cı ildə ailə qurub, bir il sonra cütlüyün Alara adını verdikləri qızları dünyaya gəlib.

R. Zərrab 2016-cı ildə Mayamiyə səfəri zamanı yenidən həbs olunub. Onun ABŞ-ın İrana tətbiq etdiyi embarqonun pozulmasında rol oynadığı iddia edilib.

Ebru Gündeş və qızı 6 dəfə ABŞ-a gedərək həbsdə olan əri ilə görüşüb.