Ebru Gündeşdən işçilərinə jest

ebru-gundesden-iscilerine-jest
Oxunma sayı: 3334

Koronavirus pandemiyası səbəbindən konsertləri ləğv edilən türkiyəli müğənni Ebru Gündeş işçilərinə jest edib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Gündeş komandasındakı musiqiçilərə, saç və dırnaq ustalarına maaş təyin edib.

30 nəfərlik heyətin hər bir üzvünə 4 min lirə (təxminən 1016 manat) maaş verən 45 yaşlı müğənni işçilərinə ümumilikdə 120 min lirə (təxminən 30 min 495 manat) ödəyib.