Ebru Gündəşə bir gecədə 20 min qazandırdı- - Video

ebru-gundese-bir-gecede-20-min-qazandirdi-
Oxunma sayı: 5418



Türkiyəli müğənni Ebru Gündəş cəbhəsində xoş xəbər var. “Qafqazinfo” xəbər verir ki,
Türkiyənin “Hürriyyet” qəzetinin yazdığına görə, həyat yoldaşı,  azərbaycanlı iş adamı Rza Zərrabın həbsindən sonra ağır günlər keçirən müğənninin üzünü bir at güldürüb. R.Zərrabın hədiyyə etdiyi at yarışmada qazanıb. İstanbulun məşhur Vəliəfəndi Hippodromunda bu axşam E.Gündəşin sahibi olduğu 6 yaşındakı Duty Free yarışda qalib gələrək, sahibinə nə az, nə çox 46 min 500 TL (təxminən 20 min manat) pul mükafatını qazandırıb. 

Gökhan Kocakaya adlı jokeyin çapdığı at gecənin beşinci yarışı olan “My Volga Boatman Yarışı”nda qalib gələrək uğura imza atıb. Xatırladaq ki, Rza Zərrab “DutyFree” adlı ingilis atını ötən il Ebru Gündəşin ad gününə hədiyyə etmişdi. Həmin vaxt atın qiymətinin 800 min TL (təxminən 400 min manat) olduğu açıqlanmışdı. (Musavat.com)