Ebru Gündeşə Yeni il şoku

ebru-gundese-yeni-il-soku
Oxunma sayı: 4453


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gündeş böyük qardaşı ilə birlikdə yeni ili Maliyyə polisində geçirib. Müğənni dekabrın 17-də həbs olunan həyat yoldaşı Rza Zərrab ilə əlaqədar polis şöbəsinə ifadə verməyə gedib. Sənətçinin Zərrabı görüş günləri xaricində tez-tez ziyarət etməsi və hər gün 45 dəqiqə görüş icazəsi aldığı istiqamətindəki iddialar məhbusun yaxınlarının etirazına səbəb olub. 

Zərrabın vəkili Şeyda Yıldırım Gündeşin tez-tez yoldaşını həbsxanada ziyarət etməsiylə bağl “Hər gün görüşmələri haqda xəbərlər yanlışdır. Həyat yoldaşları üçün ziyarət günləri var. Çərşənbə axşamı günləri ora gedir. Onun xaricində də 2 dəfə görüş üçün icazə alıb getdik. İbrahim Tatlıses isə görüş üçün özü icazə alıb , biz orada təsadüfən qarşılaşdıq. İnsanlar qəribə-qəribə şeylər yazırlar. Bir araşdırın, həqiqəti öyrənin, daha sonra ittiham edin”-, deyə açıqlama verib.