Ebru Gündeşin atası səfalət içində tapıldı- - Şok fotolar

ebru-gundesin-atasi-sefalet-icinde-tapildi-
Oxunma sayı: 4117


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin heç vaxt axtarmadığı atası illər sonra acınacaqlı vəziyyətdə aşkar edilib. Son konsertinə 17 min TL dəyərində paltarla səhnəyə çıxan Gündeşin atası Remzi Gündeşin Bakırköydə dükanda yaşadığı məlum olub. O, səfalət içində bütün gününü 20 kvadrat metrlik dükanda keçirir. 

Evi olmadığı üçün dükanda yaşayan Remzi Gündeş onu illərdir axtarmayan qızı haqqında danışmaq istəməyib. 

Osman adlı pişiyiylə yaşayan ata “Mən şərəfsiz insan olsaydım indi lüks içində yaşayırdım”- deyib.

Sənətçinin atası “Heç nəvənizi gördünüzmü” sualına isə “Mənim övladım yoxdur ki, nəvəm də olsun. Amma əsl bir övladımın və nəvəmin olmağını çox istəyərdim” cavabını verərək göz yaşlarını saxlaya bilməyib.