Ebru Gündeşlə Rza Zərrab evlərini tərk etmək məcburiyyətində qalıb

ebru-gundesle-rza-zerrab-evlerini-terk-etmek-mecburiyyetinde-qalib
Oxunma sayı: 3247


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Ebru Gündeş rüşvət əməliyyatında həbs olunan həyat yoldaşı Rza Zərrabın azadlığa buraxılması ilə rahat nəfəs almışdı. Ancaq bu rahatlıq uzun müddət davam etməyib. Kanlıcada yerləşən villada yaşayan Ebru Gündeş ilə Rza Zarrab iddiaya görə, davamlı narahat edildikləri üçün əvvəl telefon nömrələrini dəyişdiriblər. Daha sonra isə evlərini dəyişərək məşhurların yaşayış yeri olaraq bilinən Zekeriyaköyə köçüblər.