Ebru hamiləlik xəbərini yenə təkzib etdi

ebru-hamilelik-xeberini-yene-tekzib-etdi
Oxunma sayı: 1574

Son günlər hamilə olduğu ilə bağlı xəbərlərlə gündəmdə olan türkiyəli sənətçi Ebru Gündeş Beşiktaşda komediyaçı Ata Demirerin şousunu izlədikdən sonra jurnalistlərə açıqlama verib.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən xəbərinə görə, 44 yaşlı müğənni ana olmağa hazırlaşmadığını söyləyib.

“Hamiləlikmi? Mənim xəbərim yoxdur. Belə bir şey yoxdur. Sizin bundan necə məlumatınız olur?!”. 

Qeyd edək ki, E. Gündeşin ABŞ-da həbsdə olan iranlı iş adamı Rza Zərrabdan bir qız övladı var.