Müğənni Ebru Gündeş Rza Zərrabla boşanma xəbəri ilə yenidən gündəmə gəlib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənninin vəkili Şeyda Yıldırım yayılan xəbərlərə aydınlıq gətirib.
Vəkil “Renkli sayfalar” verilişinə zəng vuraraq bunların şayiə olduğunu bildirib:
""Evliyik, xoşbəxtik" şərhini vermək çox qəribədir. Cəmiyyət bizi bunu deməyə məcbur edir. Xəbər saytlarında boşanmaqla bağlı xəbərlərə rast gəldim. Guya Gündeş bu işi reallaşdırmaq üçün mənə təlimat verib. Həmin mətbuat orqanıyla əlaqə saxladım.
Onlar dedilər ki, bizim mənbəmiz güclüdür. Şüursuzluq bu qədər irəliləyib. Onlar xoşbəxtdirlər, işləriylə məşğul olurlar.Bu xəbərləri daim gündəmə gətirənləri anlamıram. Məlumatların hamısı yalandır, şayiədir”.
Son xəbərlər
Son Xəbərlər