Məşhur model Ebru Şallının ötən gün limfa xərçəngindən ölən oğlu Pars torpağa tapşırılıb.
“Qafqazinfo” xəbər verir ki, koronavirusla bağlı tətbiq edilən xüsusi karantin rejimi səbəbi ilə cənazədə təkcə Şallının ailə üzvləri iştirak edib.
9 yaşlı Pars Kilyos məzarlığına dəfn edilib. Modelə dünyasını dəyişən oğlunun atası Harun Tan və hazırda evli olduğu Uğur Akkuş təsəlli verib.




Son xəbərlər
Son Xəbərlər