Ebru son qərarını verdi - Rzadan boşanır

ebru-son-qerarini-verdi
Oxunma sayı: 2703

7 ildir ki, ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabla evli olan Ebru Gündeş son qərarını verib. “Qafqazinfo” Hürriyet qəzetinə istinadən xəbər verir ki, müğənni həyat yoldaşı ilə münasibətlərinə son qoymaq niyyətindədir. 

İddia olunur ki, Gündeş bu həftə boşanmaq barədə mətbuata rəsmi açıqlama yayacaq. 

Ebru yaxınlarına boşanacağı barədə danışıb: “ Bu həssas bir dövrə qızımın yara almasını istəmirəm. Hər addımımı düşünərək atıram”. 

Qeyd edək ki, ötən həftə cütlüyün boşanmağı barədə xəbərlər yayılmışdı. Sənətçinin vəkili açıqlama verərək məlumatı təkzib etmişdi.