Müğənni Ebru Gündeş hamilə olması barədə yayılan xəbərlərə reaksiya verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi rəsmi instaqram səhifəsində foto paylaşaraq iddialara münasibət bildirib.
Ebru gündəmi zəbt edən məlumata “Bu aralar sadəcə gülürəm”- deyə şərh verib. Sənətçi və onun meneceri isə mövzu barədə açıqlama vermir, KİV nümayəndələrinin suallarını cavabsız qoyurlar.
Onlar bundan əvvəl isə xəbəri ilk dəfə yayan “İkinci sayfa” proqramı ilə əlaqə saxlayaraq məlumatın şayiə olduğunu qeyd ediblər.
Son xəbərlər
Son Xəbərlər