Ebrudan şok açıqlama - “Beynimi sildirirəm...”

ebrudan-sok-aciqlama
Oxunma sayı: 4944

Model- müğənni Ebru Polat qalmaqallı açıqlaması ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, model ötən gün özəl bir klinikadan çıxarkən görüntülənib.

Ebru klinikaya gələn yeni texnika sayəsində beynini “təmizlətdirdiyini” açıqlayıb:

“Keçmişdə bədbəxtlik və unutmaq istədiyiniz nə varsa, bu müalicə üsuluyla beyninizdən silib atırsınız. Cəmi 5 seansdan ibarətdir, indi ikinci seansdan çıxdım. Bir növ beynimi sildirirəm, yeniləyirəm”.