Ebrunun əri ilə bağlı yeni xəbər

ebrunun-eri-ile-bagli-yeni-xeber
Oxunma sayı: 5427

Martın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan və İrana qarşı sanksiyaları pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferində və saxtakarlıqda ittiham edilən iranlı biznesmen Rza Zərrabın işi ilə bağlı dəyişiklik olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prokuror Prit Bharara məlumat yayıb. O bildirib ki, Zərrabla bağlı aprelində 4-də keçiriləcək məhkəmə prosesi təxirə salınıb. İş adamı iddiasını geri çəkib və Nyu-Yorka köçürülüb.