Əbüfəs Qarayevin növbəti görüşü baş tutub

Əbüfəs Qarayevin növbəti görüşü baş tutub
Oxunma sayı: 817

Mədəniyyət naziri Əbüfəs Qarayev Bakıda səfərdə olan Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental və AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

"Qafqazinfo" xəbər verir ki, görüşdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri və 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.  Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyası və AZZEM Beynəlxalq Fondunun Azərbaycan mədəniyyətinin, mədəni irsinin təbliğində rolunu yüksək qiymətləndirildiyini qeyd edib.  Nazir hər il Bruklində keçirilən Beynəlxalq Dostluq gününü qeyd edərək tədbirə böyük maraq olduğunu və Azərbaycanın bu tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu bildirib. 

Nazir Əbülfəs Qarayev ölkəmizin mədəniyyətinin təbliği istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi