Əbülfəs Qarayev Badri Maysuradze ilə görüşüb

ebulfes-qarayev-badri-maysuradze-ile-gorusub
Oxunma sayı: 741

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Badri Maysuradze ilə görüşüb.

Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Badri Maysuradze Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı mədəniyyətin ayrı-ayrı sahələri, xüsusən teatr sahəsində yaradıcılıq mübadiləsi ətrafında məsələlər müzakirə olunub.

Sonda hər iki ölkənin rayonlarında qarşılıqlı mədəniyyət dərnəklərinin yaradılması istiqamətində yeni layihələr və müxtəlif istiqamətlərdə kadr hazırlığı sahəsində görülə biləcək işlər haqqında söhbət aparılıb.