Əbülfəs Qarayev Hafiz ur Rəhmanla görüşüb

Əbülfəs Qarayev Hafiz ur Rəhmanla görüşüb
Oxunma sayı: 668

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistanın Gilgit-Baltistan əyalətinin Baş naziri Hafiz ur Rəhmanı qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsin qorunması və bu istiqamətdə beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verildiyini deyən nazir, bu günlərdə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə uğurla keçirildiyini və Pakistan nümayəndə heyətinin də sessiyada fəal iştirak etdiyini diqqətə çatdırıb. Əbülfəs Qarayev sessiyada həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələrin qorunması üçün mühüm qərarın qəbul edildiyini deyib.

Qonaq Pakistanın Gilgit-Baltistan əyalətinin tarixi, mədəni həyatı və turizm potensialı haqqında geniş məlumat verib. Hafiz ur Rəhman Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. 

Görüşdə ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi