Əbülfəs Qarayev həmkarı ilə görüşdü - Fotolar

ebulfes-qarayev-hemkari-ile-gorusdu
Oxunma sayı: 2194

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyası Dağıstan Respublikası turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  

“Qafqazinfo” xəbər verir ki, nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq, nümayəndə heyətini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Dağıstan-Azərbaycan arasında turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Nazir Azərbaycan və Dağıstan arasında yol məsafəsinin yaxınlığının, Azərbaycanın müxtəlif turizm imkanlarınının, o cümlədən sağlamlıq turizminin, qış turizminin və qastronomik turizm növlərinin Dağıstan turistlərini cəlb edə biləcəyini vurğulayıb. 

Əbülfəs Qarayev eyni zamanda mayın 1-31 tarixində Bakıda keçiriləcək “Bakı Şopinq Festival” barədə məlumat verdi, festival çərçivəsində bir sıra yeniliklərin və “tax-free” sisteminin mövcudluğundan bəhs edib və Dağıstan Respublikasının turoperatorlarını ölkəmizə dəvət edib.