Əbülfəs Qarayev Okan İbişi qəbul edib

ebulfes-qarayev-okan-ibisi-qebul-edib
Oxunma sayı: 955

Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, görüşdə yüksək səviyyəli əməkdaşlıq, tarixi dostluq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açılıb.

Əbülfəs Qarayev xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin birgə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Diqqətə çatdırıb ki, mədəni sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimizin bir-birinə daha da yaxınlaşdırır. 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbiş qəbula görə təşəkkürünü bildirib və tarixi əlaqələrə dayanan bu münasibətlərin yüksək səviyyədə davam etməsi istiqamətində əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.

Sonda nazir müavini Sevda Məmmədəliyeva ilə Okan İbiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına birgə təqdim olunacaq nominasiya faylları ilə bağlı anlaşma sənədini imzalayıblar.