Əbülfəs Qarayevə sualınız var?

ebulfes-qarayeve-sualiniz-var
Oxunma sayı: 692

Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.

"Qafqazinfo" xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycanın mədəniyyət və turizm naziri tərəfindən 2016-cı ilin may ayının 20-də saat 11ºº-da Ağstafa şəhərində Heydər Əliyev Mərkəzində (Hüseyn Arif küçəsi, 1) Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşların qəbulu baş tutacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.