Əbülfəs Qarayevlə görüş olacaq

ebulfes-qarayevle-gorus-olacaq
Oxunma sayı: 980

Mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin yanvar ayının 30-da saat 11ºº-da Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkı, Qalubiyyə küçəsi 1) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.