Ece Erken vəkil sevgilisi ilə evləndi - Foto

ece-erken-vekil-sevgilisi-ile-evlendi
Oxunma sayı: 3057

Türkiyənin məşhur aktrisası Ece Erken uzun zamandır sevgili olduğu vəkil Şafak Mahmutyazıcıoğlu ilə evlənib.

“Qafqazinfo” xəbər verir ki, ötən il evli olan hüquqşünasla eşq yaşamağa başlayan Ecenin nikahı ötən gün baş tutub.

Nikah Mahmutyazıcıoğlu rəsmi olaraq boşanandan sonra reallaşıb. Məlumatı E. Erken sosial şəbəkə hesabında paylaşıb. O, sadə nikah mərasimindən fotolar paylaşaraq evləndiyini açıqlayıb.

Qeyd edək ki, Şafakla Ecenin ötən ilin əvvəlində fotoları yayılmış, gizli sevgi ortaya çıxmışdı. Hətta Ece evli və iki övladı olan Şafakın xanımı Benan Mahmutyazıcıoğlunun avtomobilinə hücum edərək güzgülərini sındırmışdı

Xatırladaq ki, E. Erken 2008-ci ildə Tuncer Öztarhanla, 2014-cü ildə isə Serkan Uçarla ailə qurub. Onun evlilikləri cəmi bir il davam edib.