Türkiyəli aktrisa, aparıcı Ece Erkenin 42 yaşlı vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, aralarında “qəsdən adam öldürmə”də təqsirli bilinən Kadir Yaşak və Ali Yaşak da daxil olmaqla 11 nəfər saxlanılıb.
Bildirilir ki, həmin şəxslər 19 fərqli ünvanda eyni vaxtda həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Kadir Yasakın Büyükçekmece adlı ərazidə bir evdə saxlanıldığı məlum olub. Əməliyyat anı isə polis əməkdaşlarının kameraları ilə lentə alınıb.
Evdə həyata keçirilən axtarış zamanı bir ədəd qanunsuz silah aşkar olunub. Hazırda şübhəlilərin polis bölməsində dindirilməsi davam edir.
Bununla yanaşı, Şafak Mahmutyazıcıoğlunun qətlə yetirilməsi işi üzrə ilk saxlanılan şübhəlilər Uğur Can B. və Gökhan K. tibbi rəyin alınması üçün Bayrampaşa Dövlət Xəstəxanasına aparılıblar.
Şübhəli şəxslərin saxlanılmasından sonra sosial media hesabında paylaşım edən Ece Erken bunları söyləyib: “Rəbbim çox şükür, Allahım nə çəkdiysək o da çəksin, Allahım çox böyüksən çox”.

Son xəbərlər
Son Xəbərlər