Əcnəbi ər azərbaycanlı arvadını vəhşicəsinə döydü

ecnebi-er-azerbaycanli-arvadini-vehsicesine-doydu
Oxunma sayı: 913

Bakıda ər arvadını döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu Səməd Vurğun küçəsində yaşayan Aysel Ubidige polisə müraciət edərək bildirib ki, Nigeriya vətəndaşı olan həyat yoldaşı, Erik Samuel Ubidige mayın 29-da onu vəhşicəsinə döyərək xəsarətlər yetirib.
 
Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib, araşdırma aparılır.