Əcnəbi gənclər Gəncədə

ecnebi-gencler-gencede
Oxunma sayı: 901


“Qafqazinfo” xəbər verir ki, layihə 13-14 iyul 2014-cü il tarixlərində Gəncə şəhərində icra olunub. Layihənin əsas məqsədi Gəncə Avropa Gənclər Paytaxtı – 2016 çərçivəsində Gəncə şəhərinin əcnəbi gənclər arasında tanıdılması olub. Gəncə gənclərinin də iştirak etdiyi layihənin təqdimat mərasimində layihə rəhbəri Nigar Süleymanlı ətraflı məlumat verib.

Layihə çərçivəsində əcnəbi gənclər Gəncə şəhərinin tarixi-memarlıq abidələri,muzey və digər turistik əraziləri ilə yaxından tanış olub, gəncəlilərin adət-ənənə və mədəniyyətləri haqqında məlumat əldə ediblər. Həmçinin, şəbəkələşmənin güclənməsi məqsədilə əcnəbi gənclərlə Gəncə gəncləri arasında diskusiya təşkil olunub. Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.